Peruda zəlzələ oldu
2024-02-20 00:18:00
Cənubi Amerika ölkəsi Peruda 5,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Episentri Perunun Ankaş bölgəsindəki Çimbote şəhəri olan zəlzələnin yerin 55,8 kilometr dərinliyində baş verdiyi bildirilib.
Zəlzələ Kasma və Huarmey şəhərlərində də orta intensivlikdə hiss olunub.\\Qafqazinfo