📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Peskov “Bayraktar” istehsalçılarını təhdid elədi – dərhal məhv edəcəyik

2022-08-09 22:00:00

Peskov “Bayraktar” istehsalçılarını təhdid elədi – dərhal məhv edəcəyik

Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovbu günkü açıqlamasında “Bayraktar” istehsalı üçün tikiləcək Türkiyə-Ukrayna birgə müəssisəsinin dərhal demilitarizasiya ( silahsızlaşdırma – bir dövlətə qoşun saxlamağı, hərbi sənaye yaratmağı, düzəltməyi qadağan etmək) ediləcəyi barəsində xəbərdarlıq edilib.

Xəbər verdiyimiz kimi, Türkiyənin “Baykar” şirkəti “Bayraktar TB2” PUA-sının Ukraynada istehsal edilməsi üçün zavod tikməyə hazırlaşır və hətta bunun üçün ərazi də alıb. Cənab Peskov jurnalistlərə açıqlamasında bildirib ki, həmin obyekt dərhal dağıdılacaq: “Belə bir obyektin yaradılması faktı çox güman ki, dərhal demilitarizasiya altına düşəcək. Bu yalnız ukraynalıların əzablarını uzadacaq, lakin xüsusi hərbi əməliyyatın məqsədlərindən qaçmağa kömək etməyəcək”.

Hürr Tərcüman