📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Peskov bildirib ki, Krım heç bir halda müzakirə mövzusu ola bilməz

2022-03-30 16:28:00

Peskov bildirib ki, Krım heç bir halda müzakirə mövzusu ola bilməz

“Rusiya tərəfi Krım mövzusunu heç kimlə, o cümlədən Ukrayna ilə danışıqlarda müzakirə etməyəcək, çünki Krım yarımadası Rusiyanın bir hissəsidir”

Hurriyyet.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Nəşr həmçinin xatırladıb  ki, Krım 2014-cü ilin 16 martında keçirilən referendumdan sonra Rusiya Federasiyasının tərkibinə daxil olub. Krım Respublikasından olan seçicilərin 96,77%-i, Sevastopol sakinlərinin 95,6%-i bu qərarın lehinə səs verib.

“Krım Rusiya Federasiyasının bir hissəsidir və konstitusiyamıza görə biz Rusiya Federasiyasının ərazilərinin, Rusiya regionlarının taleyini heç kimlə müzakirə edə bilmərik. Bu haqda söhbət belə gedə bilməz, konstitusiyamızda belə yazılıb. Danışıqların hansısa  təfərrüatlarını da sizinlə müzakirə etmək fikrində deyilik”, - Peskov bildirib.

Hazırladı: RUNA