Peskov: “Əliyev, Putin və Paşinyanın üçtərəfli görüşünə hazırlıq gedir”
2022-10-25 09:59:00
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov RF Prezidenti Vladimir Putinin, Azərbaycan Prezident İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünə hazırlıq görüldüyü xəbərini təsdiqləyib.
Peskov deyib: “Sammitə hazıqlıq gedir. Görüş yerini və zamanını sonra açıqlayacağıq”.
Putin belə bir görüşün keçirilməsi təşəbbüsü ilə oktyabr ayının ortalarında Astanada keçirilən MDB sammitindəki çıxışı zamanı Azərbaycan ilə Ermənistan liderlərinə müraciət eləmişdi: “İstənilən vaxtda, istənilən yerdə - Soçidə, Peterburqda, Moskvada görüş keçirilə bilər”.
Hürr Tərcüman