Peskov: Ərdoğan Ukraynadakı münaqişənin həllində vasitəçi ola bilməz
2024-07-04 21:08:36
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan hazırda Ukraynadakı münaqişənin həllində vasitəçi kimi çıxış edə bilməz, çünki Kiyev rejimi dialoqa hazır deyil.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Ukrayna həm vasitəçi ilə, həm də vasitəçisiz istənilən danışıqları rədd edir. Ona görə də hazırda nə Ərdoğan, nə də başqası vasitəçi ola qismində çıxış edə bilər”, - Peskov vurğulayıb.