📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Peskov Ərdoğanla Putin görüşünün mövzusunu açıqladı

2022-07-27 14:59:00

Peskov Ərdoğanla Putin görüşünün mövzusunu açıqladı

Hurriyyet.az “Vestnik Kavkaza” nəşrinə istinadla xəbər verir ki, Kremlin mətbuat təmsilçisi Dmitri Peskov RF Prezidenti Vladimir Putin ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın avqustun 5-də Soçidə keçirilməsi nəzərdə tutulan görüşü barəsində açıqlama verib.

Peskovun sözlərində görə hərbi-texniki əməkdaşlıq məsələsi daim iki dövlət başçısının danışıqlarının gündəmində olub: “İki ölkə arasındakı hərbi-texniki əməkdaşlıq daima gündəmdədir. Bu cür həssas sahədə qarşılıqlı əməkdaşlığımızın inkişafı faktı belə özlüyündə bizim qarşılıqlı münasibətlərimizin olduqca yüksək səviyyədə olmasından xəbər verir”.

Hürr Tərcüman