Peskov: Ermənistan Rusiyanın müttəfiqi olaraq qalır
2023-10-13 17:52:55
Rusiya İrəvanla təmasları dayandırmır, dialoq davam edəcək, Ermənistan Rusiya Federasiyasının müttəfiqi olaraq qalır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Qırğızıstanda keçirilən MDB sammitində iştirak etməməsini şərh edərkən deyib.
“Onun (Paşinyan) bunun üçün öz səbəbləri var və biz buna hörmət edirik. Bu o demək deyil ki, biz əlaqələrimizi dayandırırıq. Biz dialoqumuzu davam etdiririk, Ermənistan bizim müttəfiqimiz, qonşumuz, bizi ortaq tarix və ümumi gələcək birləşdirən ölkə olub və olacaq. Təkcə ona görə ki, burada hələ Ermənistanın özündən daha çox erməni yaşayır. Bunu hamının yadda saxlaması vacibdir”, deyə Peskov bildirib.
Ülviyyə, Hurriyyet.az