Peskov: “Jirinovski ölməyib, yalan xəbərdir”
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidenti V.Putinin mətbuat katibi Dmitri Peskov Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin sağ olduğunu, ağır vəziyyətdə, həkimlərin nəzarəti altında olduğunu bildirib.
Bəlli olduğu kimi, bu gün senator Aleksandr Pronyuşkin öz Teleqram kanalında Jirinovskinin öldüyünü xəbər vermiş, sonra isə həmin yazını silmişdi.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də Jirinovskinin ölüm xəbərini təkzib edib, vəziyyətinin həqiqətən ağır olduğunu qeyd edib, tezliklə sağalmasını arzulayıb.
Peskov jurnalistlərə: “Bizə bəllidir ki, birincisi, bu gün kimsə yalan xəbər buraxıb. Bu ədəbsizlikdir. Şükürlər olsun ki, Vladimir Volfoviç sağdır, əvvəlki kimi xəstəxanadadır, ağır vəziyyətdədir, həkimlərin nəzarətindədir”.
Hürr Tərcüman