📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Peskov Kadırovla bağlı suallara cavab verib

2023-09-18 14:44:59

Peskov Kadırovla bağlı suallara cavab verib

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistan Prezidenti Ramzan Kadırovun sağlamlıq vəziyyəti ilə bağlı sualın cavabında Kremlin sağlamlıq arayışı vermədiyini söyləyib.

Peskov deyib: “Biz bu məsələ ilə bağlı hansısa informasiyaya malik deyilik. İstənilən halda Prezident Administrasiyası  çətin ki, sağlamlıq vəziyyəti barəsində arayış versin. Ona görə də bununla bağlı deyiləcək sözümüz yoxdur”.

Peskov Çeçenistan rəhbərinin Rusiya Prezidenti Vladimir Putinlə görüşmədiyini də bəyan edib.

Hürr Tərcüman