📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Peskov: “Putin həmişə danışıqlara açıqdır”

2022-10-21 18:37:00

Peskov: “Putin həmişə danışıqlara açıqdır”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin həmişə Ukrayna ilə danışıqlara hazır olduğunu söyləyib.

Bəlli olduğu kimi, bu gün Türkiyə Prezidenti R.T.Ərdoğan jurnalistlərə müsahibəsində indi Putinin “əvvəlkindən daha yumşaq və danışıqlara açıq olduğunu” söyləyib.

Peskov bu sözləri şərh edərkən deyib: “Putin lap əvvəldən danışıqlara açıq idi. Prezident özü bu barədə dəfələrlə danışıb”.

Peskov Türkiyə lideri R.T.Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin arasında yeni telefon danışığının hələlik qrafikdə olmadığını, lakin, lazım gələrsə, operativ razılaşma əldə edə biləcəklərini söyləyib.

Hürr Tərcüman