Peskov: “Putin ilə Rəisi ilin axırına qədər görüşə bilərlər”
“Hər şey epidemioloji vəziyyətdən asılıdır”
Hürriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putin ilə iranlı həmkarı İbrahim Rəisinin bu ilin axırına kimi görüşünün istisna olmadığını söyləyib. Peskov jurnalistlərin görüş barəsində sualının cavabında deyib: “Əlbəttə, bunu istisna eləmək olmaz”.
Peskov ölkə prezidentlərinin görüşü məsələsi üzərində iş getdiyini, dəqiq tarixin epidemioloji vəziyyətdən asılı olduğunu dəqiqləşdirib.
Xəbər verdiyimiz kimi, rəsmi Tehran yaxın günlərdə Rusiya ilə İran prezidentlərinin görüşəcəyinə ümid etdiyini bildirib.
İran İslam Rezpublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan dünən rusiyalı həmkarı Sergey Lavrovda görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edərkən, üstün səviyyəli ikitərəfli strateji əməkdaşlıq münasibətlərinin təsdiqlənməsi üçün Tehranın yaxın zamanlarda Rusiya ilə İran prezidentlərinin iki paytaxtdan birində görüşəcəyinə ümidvar olduğunu söyləmişdi.
Xatırladaq ki, Vladimir Putin ilə İbrahim Rəisi arasında sentyabr ayında baş tutması planlaşdırılan görüş Putinin özünü təcrid etməsi səbəbindən təxirə salınmışdı.
Hürr Tərcüman