Peskov: “RF-Ermənistan-Azərbaycan sammitinin keçirilməsi barəsində razılaşma əldə edilərsə...”
2021-10-23 14:59:00
Hurriyyet.az “RİA Novosti” saytına istinadən xəbər verir ki, RF Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşüb-görüşməyəcəyi barəsində sualın cavanında deyib: “RF-Ermənistan-Azərbaycan sammitinin keçirilməsi barəsində razılaşma əldə edilərsə, Kreml vaxtında bu barədə açıqlama verəcəkdir”.
Bundan əvvəl, məlumatlı mənbənin “RİA Novosti”yə açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladmiri Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın birinci dekadasında Moskvada görüşüb üçtərəfli bəyanat imzalaya biləcəkləri xəbər verilmişdi.
Hürr Tərcüman