📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Peskov rus elitasının bayram nəşəsinə soğan doğrayıb: “Müharibə uzun sürəcək və hər şey daha pis olacaq”

2023-03-28 23:38:00

Peskov rus elitasının bayram nəşəsinə soğan doğrayıb: “Müharibə uzun sürəcək və hər şey daha pis olacaq”

Putinin mətbuat katibi Peskov Rusiya mədəni və siyasi elitasının nümayəndələri ilə bir yemək masasında görüşüb və onlara müharibənin uzun müddət sürəcəyi barədə xəbərdarlıq edib.

Böyük Britaniyanın gündəlik xəbər qəzeti “The Guardian” bu barədə bildirib. 

Nəşrin istinad etdiyi adı çəkilməyən mənbə bildirib ki, Peskov 2022-ci ilin dekabr ayının sonunda bir rus məmurunun mənzilində baş tutan şam yeməyində bu xəbərdarlığı edib.

“Güman edirəm ki, bir şey söyləməyimi gözləyirsiniz. Hər şey daha da ağır olaşacaq. Bu, çox-çox uzun zaman davam edəcək” - Peskov tost deyərkən bildirib.

Qəzet iddia edir ki, Peskovun tostu xüsusi söhbətlərdə müharibəyə qarşı çıxan qonaqların Yeni il bayramı əhval-ruhiyyəsinə soğan doğrayıb və onlar tostlarında sülh və normal həyata qayıtmaq ümidlərini ifadə etməklə Putinin sözçüsünə ürək sözlərini çatdırıblar. \\Ovqat.com