📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Peskov Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında iştirakından danışıb

2023-01-24 16:12:00

Peskov Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında iştirakından danışıb

Hurriyyet.az xəbər verir ki, Kremlin təmsilçisi Dmitri Peskov Moskvanın öz öhdəliklərindən imtina eləmədiyini və həm Ermənistan, həm də Azərbaycanla münasibətləri davam etdirdiyini bəyan edib. Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Dövlət Departamentinin başçısı Entoni Blinken arasındakı telefon danışığı barəsində sualın cavabında Peskov deyib: “Moskva əvvəllər olduğu kimi, indi də həm Bakı, həm də İrəvanla yaxından əlaqə saxlayır”.

Peskov Rusiyanın da 2020-ci ilin noyabr ayında əldə edilən razılaşmanın tərəflərindən biri olduğunu xatırladıb. Diplomatın sözlərinə görə, Rusiya əvvəlki kimi öz üzərinə götürdüyü öhdəliklərə əməl edir və hər iki ölkə ilə yüksək dərəcədə “mürəkkəb və diqqətli” işinə davam edir.

Hürr Tərcüman