Peskov Saakaşvilinin qayıdışından danışdı: “Sirkdir... Əsas odur, təhlükəli olmasın... Şükür ki, bizim məsələmiz deyil”
2021-10-01 15:32:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin mühacirətdən qayıtmasının Kreml üçün söhbət mövzusu olmadığını bildirib. Söhbət mövzusu olmasa da, Peskov Saakaşvilinin Gürcüstana qayıtmasını “sirk” adlandırıb. Peskov deyib: “Qulaq asın, Saakaşvili harada varsa, orada sirk var. Əsas odur ki, həmin sirk bu cənabın olduğu istənilən ölkə üçün təhlükəli olmasın. Tanrıya şükür ki, bu, bizim məsələmiz deyil. Moskva Saakaşvilinin qayırması ilə bağlı heç bir qeyri-sabitlik riski görmür”.
Hürr Tərcüman