Peskov təsdiqlədi: Rusiya-ABŞ danışıqları Ankarada keçirilib
2022-11-14 20:36:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün Ankarada Rusiya-ABŞ danışıqlarının keçirilməsi xəbərini təsdiqləyib. Peskov görüşün Vaşinqtonun təşəbbüsü ilə keçirildiyini söyləyib.
Xəbər verdiyimiz kimi, danışıqların keçirilməsi barədə informasiyanı ilk olaraq, “Kommersant” nəşri yaymışdı. Qəzetin yazdığına görə, Rusiyanın nümayəndə heyətinə Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin başçılıq edib.
Hürr Tərcüman