Peskov: “Türk tərəfdaşlarımız avropalılarla münasibətdə çəhrayı eynək taxmasınlar”
Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ankaranın Avropa məsələsi ilə bağlı çəhrayı eynək taxmamalı olduğunu söyləyib.
Peskov jurnalistlərə açıqlamasında deyib: “Türkiyə Qərbə yönələ bilər. Biz bilirik ki, Türkiyə Respublikasının tarixində Qərbə istiqamətlənmənin intensivliyinin artması və azalması mərhələləri olub. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Türkiyəni heç kim Avropada görmək istəmir. Mən avropalıları nəzərdə tuturam. Bizim türkiyəli tərəfdaşlarımız bu məsələdə yəqin ki, çəhrayı eynək taxmamalıdırlar. Hər şeyi öz adı adlanrımaq lazımdır”.
RF ilə Türkiyə arasındakı əməkdaşlıq məsələsi ilə bağlı sualın cavabında Peskov fikir ayrıqlıqlarının da olduğunu, lakin iki ölkənin maraqlarına uyğun gələn münasibətlərin də olduğunu və Moskvanın dialoqu inkişaf etdirməyə hazır olduğunu xatırladıb.
Peskov jurnalistlərə açıqlamasında deyib: “Ona görə də bir daha təkrar edirəm ki, bəlli olan bütün fikir ayrılıqlarına rəğmən, biz öz dialoqumuzu inkişaf etdirməyə hazırıq, hər iki tərəf üçün sərfəli olan məsələlərdə bizim Türkiyə Respublikası ilə münasibətlərimiz var”.
Hürr Tərcüman