Peskovdan ŞOK BƏYANAT: "Sülh mümkün olmayana qədər Rusiya var gücü ilə döyüşəcək"
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı müharibə və sülh danışıqları ilə bağlı növbəti kəskin və iddialı bəyanatla çıxış edib.
Hurriyyet.net xəbər verir ki, Kremlin rəsmisi sülhə sülh yolu ilə nail olunmayacağı təqdirdə Rusiyanın hərbi əməliyyatları bütün gücü ilə davam etdirəcəyini bildirib.
Peskov jurnalistlərə açıqlamasında Moskvanın güzəştə getməyəcəyini vurğulayaraq deyib: "Nə qədər ki, sülhə dinc vasitələrlə nail olmaq mümkün deyil, Rusiya var gücü ilə döyüşəcək. Rusiya "DQR" (Donetsk Xalq Respublikası) ərazisinin hətta yüzdə bir faizinin azad edilməsi uğrunda belə axıra qədər mübarizə aparacaq — burada müzakirə olunası heç bir şey yoxdur".
Kreml nümayəndəsinin bu açıqlaması Rusiyanın hərbi məqsədlərindən geri çəkilmək niyyətində olmadığını və münaqişənin yaxın zamanlarda diplomatik yolla həlli ehtimalının aşağı olduğunu bir daha nümayiş etdirir.