📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Peskovun ailəsinin, Alina Kabayevanın və “Yandeks”in qurucusunun adları siyahıya salınıb

2022-06-03 20:19:00

Peskovun ailəsinin, Alina Kabayevanın və “Yandeks”in qurucusunun adları siyahıya salınıb

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Avropa İttifaqı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun arvadı Peskova Tatyana Navkanı, oğlu Nikolay ilə qızı Yelizvetanı da sanksiya siyahısına salıb. Onların adı sanksiyaların altıncı paketinə daxil edilib. Bu barədə məlumat Avropa İttifaqının rəsmi jurnalında verilib.

Sənəddə deyilir: “Tatyana Lavkanın şəriki olduğu şirkətlərin və vəsaitlərin bir qismi Krım yarımadasında yerləşir”.

“Yandeks”in əsasını qoyan Arkadi Voloj və “Milli media qrupu”nun direktorlar şurasının sədri Alina Kabayeva da fərdi sanksiyalar siyahısına salınıblar.

Avropa İttifaqının yeni sanksiyaları Rusiyadan xam neftin və bəzi neft məhsullarının alınması, idxalı və nəqlinin qadağan edilməsini nəzərdə tutur. Neftin idxalının qadağan edilməsi qərarı altı ay sonra, neft məhsullarının idxalının qadağası isə səkkiz ay sonra qüvvəyə minəcək.

Altıncı paket çərçivəsində  Rusiyanın üç bankı – “Sberbank”, “Moskva” kredit bankı və “Rosselxozbank” beynəlxalq SWIFT sistemindən çıxarılacaqlar.  Belarusun “İnkişaf və Yenidənqurma Bankı” da həmin sistemdən çıxarılacaq.

Bundan əlavə, “Rossiya RTR”, “RTR Planeta”, “Rossiya 24”, “TV Çentr – beynəlxalq” kanallarının Avropa dövlətlərinin ərazisində yayımı qadağan ediləcək.

 

Hürr Tərcüman