📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Peyğəmbəri təhqir edən karikaturaçı yanaraq öldü

2021-10-04 13:09:00

Peyğəmbəri təhqir edən karikaturaçı yanaraq öldü

 

Hurriyyet.az xəbər verir ki, islam dininin və həzrəti Məhəmmət peyğəmbərin (s) əleyhinə çəkdiyi karikaturaları ilə müsəlmanların böyük etirazlarına səbəb olan isveçli karikaturaçı Lars Vilks faciəvi şəkildə can verib. Xəbəri İsveçin “Dagens Nyheter” nəşri yayıb. 

Baş verən avtomobil qəzasında onunla birlikdə iki nəfər mühafizə polisi də yanaraq ölüb. Qəza avtomobillə yük maşınının toqquşması səbəbindən baş verib. Yük maşınının sürücüsü ağır yaralanıb. Qəza ilə bağlı təhqiqat başlanıb.

2007-ci ildə İsveçin “Nerikes Allehanda” adlanan yerli qəzetində Lars Vilksin islam peyğəmbərini təhqir edən karikaturaları dərc edilmişdi. 2007-ci ildən bəri gizli ünvanda yaşayan və polis mühafizəçiləri ilə gəzən Vilksə qarşı etiraz səsləri ucaldılmış, ona yumurta atılmışdı.

Hürr Tərcüman