Peyvənd edilməyənlər vergi ödəyəcəklər! Qərar yaxın günlərdə qüvvəyə minəcək
2022-01-12 10:25:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Kanadanın fransızdilli Kvebek əyalətində peyvənddən imtina edərək, səhiyyə sisteminin işinə dəstək olmayan vətəndaşlardan sağlamlıq vergisi alınacaq. Kvebekin idarəçisi Fransua Leqo qarşıdan gələn həftələrdə peyvəndin ilk dozasını vurdurmaqdan imtina edənlərin pul ödəyəcəkləri barəsində qərarın yaxın zamanda qüvvəyə minəcəyini bəyan edib. O, mətbuata müsahibəsində deyib: “Hazırda müəyyən fədakarlıqlar edən əhalinin 90 faizi üçün ədalət problemi var. Məncə, onlar üçün bu cür tədbir görməyə borcluyuq”. Leqo yeni verginin qədərini açıqlamayıb. Kvebek əyalətində peyvənd pasportunun tətbiqində ciddi olacaqlarını bildirib.
Hürr Tərcüman