Peyvənd ixtiraçısı olan türk alim Özlem Türeci Almaniya Konqresinə nümayəndə seçildi
Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, BioNTech şirkətinin qurucularından olan doktor Özlem Türeci Almaniyada Federal Konqresə nümayəndə seçilib.
Sosial Demokrat Partiyası tərəfindən nümayəndəliyə namizədliyi irəli sürülən Türeci Renanya-Palatina Vilayət Şurasında keçirilən iclasda səs toplayıb. Beləliklə Özlem Türeci 13 fevral tarixində keçiriləcək prezident seçkilərində səs verə biləcək.
Almaniyada prezidenti Federal Məclis seçir. Seçkilərdə 736 millət vəkili ilə yanaşı, 16 vilayətin nümayəndələri də səs verir. Federal Konqres yalnız prezidenti seçmək üçün 5 ildən bir yaradılır və seçkilərdən sonra ləğv olunur.
Qeyd edək ki, koronavirus peyvəndini istehsal “BioNTech” şirkətinin qurucuları – türkiyəli alimlər Professor Uğur Şahin və onun həyat yoldaşı Özlem Türeci 2020-ci ildə Böyük Britaniyanın “Financial Times” nəşri tərəfindən “ilin adamı” seçilmişdilər.
Peyvəndi ABŞ-ın “Pfizer” əczaçılıq şirkəti və türkiyəli alim, professor Uğur Şahinin təsisçi ortağı olduğu “BioNTech” alman biotexnologiya şirkəti hazırlayıb.
Hürr Tərcüman