📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Peyvənd olunanların sayı açıqlandı

2022-02-02 16:00:00

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 36 866 vaksin vurulub.

Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 062, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 412, buster doza üzrə vaksinasiya olunanların sayı isə 32 392 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 075 995, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 236 758, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 745 006, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 094 231 təşkil edir.