📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Peyvənd olunanların sayı açıqlanıb

2021-12-06 17:50:00

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 154 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 143, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 3 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 703 142, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 098 684, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 593 286 nəfər təşkil edir.

Ümumilikdə isə 1 011 172 buster doza vurulub.