📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Peyvəndlər sonsuzluğa səbəb olur? - RƏSMİ AÇIQLAMA

2022-03-04 23:47:00

Peyvəndlər sonsuzluğa səbəb olur? - RƏSMİ AÇIQLAMA

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva peyvəndlərin sonsuzluğa səbəb olması iddialarına münasibət bildirib.
O, bu barədə peyvəndlər haqqında söyləntilər barədə danışarkən deyib.

“Onların uzun müddət istifadəsinə baxmayaraq, hər bir peyvənd baş verə biləcək əks təsirlər baxımından izlənilməkdədir. Sonsuzluğa səbəb olan bir çox səbəblər vardır ki, bunların heç birinin peyvəndlə əlaqəsi yoxdur”, - N.Mustafayeva qeyd edib. \\Pravda.az