📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pezeşkian Azərbaycanla bağlı göstəriş verdi - Sənayi

2025-10-22 21:30:53

Pezeşkian Azərbaycanla bağlı göstəriş verdi - Sənayi

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov İran Prezidentinin siyasi müşaviri Mehdi Sənayi ilə görüşüb.

Hurriyyet.az xəbər verir ki, Sənayi Prezident Məsud Pezeşkianın göstərişinə əsasən, İranın qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla əlaqələrinin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, İran prezidentinin Bakıya səfərindən sonra əlaqələrdə irəliləyişlər olub, lakin hələ də bəzi məsələlər öz yerində qalır. 

Xələf Xələfov isə ölkələrimiz arasında dərin mədəni-tarixi köklərin mövcudluğundan bəhs edib./Axar.az