📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pezeşkian BMT-də o sirri açıb: “İranın ən azı üç nüvə başlığı var!” - SENSASİYA

2026-09-25 19:41:21

Pezeşkian BMT-də o sirri açıb: “İranın ən azı üç nüvə başlığı var!” - SENSASİYA

İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı fonunda Tehranın nüvə proqramı ilə bağlı sensasion iddia gündəmə gəlib.

Hurriyyet.media  “Svobodnaya pressa”ya istinadən xəbər verir ki, ABŞ ordusunun istefada olan polkovniki, keçmiş dövlət katibi Kolin Pauellin qərargah rəhbəri olmuş Larri Uilkerson İranın artıq nüvə silahına sahib olduğunu və hətta arsenalında üç nüvə başlığının ola biləcəyini deyib.

Pezeşkian sentyabrın 23-də BMT Baş Assambleyasındakı çıxışında İranın nüvə silahı axtarmadığını bildirib. O, Tehran üçün nüvə texnologiyasının dinc məqsədlər – tibb, kənd təsərrüfatı, sənaye və enerji üçün əhəmiyyət daşıdığını deyib. Məhz bu açıqlamalar fonunda Uilkersonun iddiası diqqət çəkir. ABŞ-ın istefada olan polkovnikinin sözlərinə görə, İranın artıq öz nüvə silahına sahib olması ehtimalı yüksəkdir. Onun fikrincə, Tehran belə silahı hələlik nümayiş etdirmir və bunu İsrail qarşısında ən mühüm “strateji kozır” kimi saxlayır.


Полковник Уилкирсон: У Ирана уже до трех ядерных боеголовок - это козырь, который он пока не показывает

Uilkerson hesab edir ki, İranın nüvə silahına sahib olması İsrailin Tehrana qarşı hərbi əməliyyatlarını tamamilə başqa mərhələyə keçirə bilər. Onun fikrincə, İran rəhbərliyi ölkənin mövcudluğuna təhlükə yarandığını hesab edərsə, bu silahdan istifadə etməyə qərar verə bilər.Polkovnikin yanaşmasına görə, İranın belə bir imkan əldə etməsi üçün texniki baza uzun müddətdir mövcuddur. Qeyd olunur ki, Uilkerson əvvəlki çıxışlarında da İranın yüksək səviyyədə zənginləşdirilmiş uranı silah üçün istifadə edilə biləcək materiala çevirmək imkanına yaxın olduğunu bildirib.

Burada diqqətçəkən məqam odur ki, İranın nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıq son həftələrdə də artıb. Sentyabrın 9-da Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyəti İranın nüvə fəaliyyəti ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasına göndərib. Qərarın əsas səbəbləri arasında Tehran tərəfindən agentliyin araşdırmasına kifayət qədər əməkdaşlıq edilməməsi və bəyan edilməmiş ərazilərdə uran izlərinin aşkarlanması göstərilib. İran isə nüvə proqramının dinc xarakter daşıdığını bildirir. Əgər Uilkersonun ehtimalı doğrudursa, bu, Yaxın Şərqdə qüvvələr balansı baxımından son dərəcə ciddi dəyişiklik demək olardı. Çünki belə halda İranın əlində təkcə böyük ballistik raket arsenalı və uzaqmənzilli zərbə imkanları deyil, həm də nüvə çəkindirmə vasitəsi ola bilər. Bu isə İsrailin İranın nüvə obyektlərinə və digər strateji hədəflərinə mümkün yeni hücumunu daha riskli edir.

Picture background


Uilkersonun fikrincə, İsrailin İranı tamamilə sıradan çıxarmağa yönəlmiş mümkün genişmiqyaslı hücumu Tehranın cavab imkanlarını nəzərə almadan həyata keçirilə bilməz. Onun yanaşmasına görə, İranın nüvə silahı əldə etməsi ehtimalı İsrail üçün “qırmızı xətt” məsələsini tamamilə başqa səviyyəyə qaldırır.