📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pezeşkian BRİKS ölkələrini dolların hegemonluğuna son qoymağa çağırıb

2024-10-23 17:23:02

Pezeşkian BRİKS ölkələrini dolların hegemonluğuna son qoymağa çağırıb

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian BRİKS təşkilatının dolların hegemonluğuna son qoymasını təklif edib. Pezeşkian sammitdəki çıxışı zamanı dünyanın əksər hissəsinin ABŞ-ın öz milli valyutasından silah kimi istifadə eləməsindən narazı qaldığını söyləyib. Pezeşkian bu gün Kazandakı sammitdəki çıxışında deyib: "Hazırda dünya ölkələrinin əksəriyyəti ABŞ-ın dollardan silah və ya başqa ölkələrə nəzarət vasitəsi kimi, həmçinin öz daxili və maliyyə problemlərinin həlli üçün istifadə etməsindən narazıdırlar. Dünya BRİKS-ə dolların hegemonluğunun zəiflədilməsi və milli valyutalarla hesablaşma yolu kimi baxır".

RF Prezidenti Vladimir Putin də iranlı həmkarının dedikləri ilə razılaşıb, dollardan silah kimi istifadə edilməsinin böyük səhv olduğunu söyləyib. Putin Rusiyanın dollarla mübarizə aparmadığını, ona alternativlər axtardığını deyib: "Biz dollardan imtina etmirik, onunla mübarizə aparmırıq. Lakin bizə işləməyə imkan vermirlərsə, nə etmək olar? Başqa alternativlər axtarmağa məcburuq - belə də edirik".

Hürr Tərcüman