📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pezeşkian Heydər Əliyevin məzarını ziyarət etdi

2025-04-28 17:36:18

Pezeşkian Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Hurriyyet.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.