Pezeşkian: "İran Rusiyanın Ukraynaya hücumunu heç vaxt dəstəkləməyib"
Hurriyyet.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Tehranın Moskvaya nallistik raketlər verdiyi barəsində məlumatı inkar edib. O, İranın "heç vaxt Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləmədiyini" söyləyib. Bu barədə "Qardian" nəşri məlumat verib. Pezeşkian Ukraynadakı müharibə ilə əlaqədar İranın Qərb ölkələri ilə danışıqlar aparmaq istədiyini söyləyib.
İran Prezidenti deyib: "Biz dialoq və danışıqlar aparmaq üçün avropalılarla və amerikalılarla danışıqlar masası arxasında oturmağa hazırıq. Biz heç vaxt Rusiyanın Ukrayna ərazisinə hücumlarını dəstəkləməmişik".
Pezeşkian sentyabrın 16-da keçirilən mətbuat konfransında Rusiyaya raket tədarükü məsələsinə toxunarkən deyib: "Keçmişdə belə tədarüklərin olması mümkündür. Lakin sizi inandıra bilərəm ki, mənim vəzifə başına gəldiyim zamandan bəri Rusiyaya bu silahlar göndərilməyib".
Hürr Tərcüman