📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pezeşkian İranın Ali Lideri ilə görüşüb

2026-05-07 22:14:56

Pezeşkian İranın Ali Lideri ilə görüşüb

İran prezidenti Məsud Pezeşkian bu yaxınlarda Ali Lider Seyid Müctəba Xamenei ilə görüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran prezidenti bu gün Tehranda sahibkarlarla baş tutan görüşdə deyib.

Onun sözlərinə görə, səmimi şəraitdə baş tutan görüşdə danışıqlar iki saat yarım davam edib.

Pezeşkian bildirib ki, ölkənin idarə olunmasında birlik, etimad və həmrəyliyin gücləndirilməsi böyük önəm kəsb edir. Ölkənin yüksək səviyyəli rəsmiləri görüşlərdə həmrəylik və etimadın önəmini hər zaman qeyd edirlər.