Pezeşkian İranın İsrailə hücum etməməsinin səbəbini açıqlayıb
2024-09-25 14:18:31
Hurriyyet.az xəbər verir ki, "Axios со" portalı mənbələrə istinadla "Hizbullah"ın son günlərdə İranı İsrailə zərbələr endirməyə çağırdığını bildirib. Xəbərdə qeyd olunur ki, Tehran hazırda belə addımlar atmaq zamanı olmadığını bildirib - çünki, Prezident Məsud Pezeşkian hazırda BMT Baş Assambleyasının tədbirində iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.
Pezeşkian ABŞ-da keçirilən brifinq zamanı İsrailin regionda müharibə alovlandırmağa çalışdığını, İranın isə "bu tələyə" düşməmək niyyətində olduğunu bəyan edib.
Mənbələrin məlumatına görə, İsrail ordusu da İranın hərbi əməliyyatlara qoşulmasına səbəb verəcək addımlardan yayınmağa çalışır.
Hürr Tərcüman