Pezeşkian Kobaxidze ilə görüşüb
Hurriyyet.az xəbər verir ki, İranın yeni Prezidenti Məsud Pezeşkian Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü zamanı qonşularla münasibətlərin mökəmləndirilməsi məsələsini Tehranın xarici siyasətinin prioriteti adlandırıb. O, İranla Gürcüstan arasında bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu söyləyib, bunun bütün region ölkələri üçün faydalı olacağını deyib.
Pezeşkian Kobaxidze ilə söhbəti zamanı deyib: "İranın və onun yeni hökumətinin xarici strategiyasının prioritetləri siyahısında qonşu dövlətlərlə münasibətlərin genişləndirilməsi birinci yerdə gəlir".
Bu barədə məlumat İran Prezident Administrasiyasının rəsmi saytında yerləşdirilib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edib.
Hürr Tərcüman