Pezeşkian Makona təşəkkür edib
2024-10-14 14:08:46
Hurriyyet.az "İntefaks" agentliyinə istinadla xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bazar günü Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb və Parisi İsrailə təsir göstərməyə çağırıb.
İran Prezidenti deyib: "Biz Fransanı digər Avropa dövlətlərinə qoşulub sionist rejimi Qəzzada və Livanda törətdiyi soyqırımını və cinayətləri dayandırmağa məcbur etmək üçün səy göstərməyə çağırırıq".
Pezeşkian Makron ilə söhbətində deyib: "Sionist rejimin Livandakı əməllərini qınayan və İsrailə silah tədarükünü dayandırmağa çağıran Fransa hökumətinin mövqeyini müsbət qiymətləndiririk".
Hürr Tərcüman