📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pezeşkian Makronla danışdı

2024-08-08 00:15:59

Pezeşkian Makronla danışdı

İran Prezidenti Məsud Pezeşkian və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub. 

Bu barədə “İRNA” məlumat yayıb.

Tərəflər HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra yaranan regional gərginliyi müzakirə ediblər.

Pezeşkian bildirib ki, beynəlxalq norma və qaydalar çərçivəsində öz mənafeyi və təhlükəsizliyinə təcavüz qarşısında əsla səssiz qalmayacaq.

Telefon söhbətində Fransa Prezidenti Emmanuel Makron İsmayıl Haniyənin ölümündən sonra regionda vəziyyətin gərginləşməsindən nigaran olduğunu bildirib və İranı təmkinli olmağa çağırıb. \\Qafqazinfo.Az

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülüb. O, avqustun 2-də Dohada dəfn olunub. Onun yerinə isə Yəhya Sinvar HƏMAS Siyasi Bürosunun rəhbəri seçilib.