📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pezeşkian Sergey Lavrovu qəbul etdi

2025-02-25 20:44:12

Pezeşkian Sergey Lavrovu qəbul etdi

İran Prezidenti Məsud Pezeşkian Tehranda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya XİN rəhbəri bundan əvvəl iranlı həmkarı Abbas Əraqçi ilə danışıqlar aparıb.

Sergey Lavrov Tehrana İran prezidenti Məsud Pezeşkianın Rusiya səfərindən bir ay sonra gəlib.