Pezeşkianın ilk xarici səfəri sentyabr ayına planlaşdırılıb
2024-08-28 12:42:07
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian bu vəzifədə ilk xarici səfərini Bağdad şəhərinə edəcək. O, İraqın Baş naziri Məhəmməd əs Sudaninin rəsmi dəvəti ilə sentyabr ayında həmin ölkədə səfərdə olacaq.
Bu barədə məlumatı İRNA agentliyinə İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əl Sadiq verib.
Səfər zamanı bir sıra müqavilələrin imzalanması gözlənilir.
Hürr Tərcüman