Pezeşkianın seçki qərargahının rəhbəri həbs olundu
2024-07-09 21:41:22
İranın yeni Prezidenti Məsud Pezeşkianın Qərbi Azərbaycan əyalətinin Salmas şəhərindəki seçki qərargahının rəhbəri Hacı Əlili həbs olunub.
Hurriyyet.Az xəbər verir ki, o, “din xadimlərini, müharibə veteranlarını və keçmiş prezidenti İbrahim Rəisini təhqir etmək”də günahlandırılıb.
Qeyd edək ki, bu, Pezeşkianın Salmas şəhərindəki seçki qərargahında ikinci həbs hadisəsidir. \\Cebhe.info