📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Pfizer” Ermənistana 100 min peyvənd göndərdi

2022-02-14 17:15:00

“Pfizer” Ermənistana 100 min peyvənd göndərdi

“Pfizer” Ermənistana 100.620 doza peyvənd göndərib.

Hurriyyet.az “Panorama”ya istinadla xəbər verir ki, razılaşma Ermənistan Səhiyyə Nazirliyi ilə Amerikanın “Pfizer” əczaçılıq şirkəti arasında əldə olunub.

Paylanmadan sonra “Pfizer” peyvəndi, ölkədə mövcud olan digər vaksinlər kimi, ilkin səhiyyə xidmətində və mobil peyvənd məntəqələrində mövcud olacaq.