📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Pfizer” peyvəndi ciddi allergiyası olan insanlar üçün də təhlükəsizdir?- İsrail alimləri

2021-09-01 13:51:00

“Pfizer” peyvəndi  ciddi allergiyası olan insanlar üçün də təhlükəsizdir?- İsrail alimləri

İsrailin “Şiba” tibb mərkəzinin alimləri “Pfizer” peyvəndinin ciddi allergiyası olan insanlar üçün nə qədər təhlükəsiz olduğunu araşdırıb. Peyvəndlənmədən əvvəl bütün allergiya xəstələrinin tədqiqat çərçivəsində müayinədən keçdikləri qeyd olunur.

Hurriyyet.az İsrail mediasına istinadla xəbər verir ki,  araşdırmanın nəticələri  Amerika Tibbi Assosiasiyasının  jurnalında (“Journal of the American Medical Association”) dərc edilib.

Ümumilikdə təqdiqat üçün 8102 israilli müraciət təqdim edib.  Onlardan 429 nəfər yüksək risk qrupu olaraq qəbul edilib və buna görə də aşılama və ondan bir müddət sonra həkimlərin yaxından nəzarəti altında olublar. Məlum olub ki, bu qrupdan yalnız 9 nəfərdə “Pfizer” peyvəndindən sonra allergiya yaranıb. Və həmin doqquz pasientin hamısı qadın olub.

Həmçinin, 6 nəfərdə yüngül allergiya meydana çıxıb. Təəssüf ki, 3 nəfərdə peyvənddən sonra anafilaktik reaksiya baş verib və buna görə də onlar adrenalin və antihistaminiklərlə müalicə olunmalı olublar.

Beləliklə, “Pfizer” peyvəndinin əksər hallarda hətta ciddi allergiyası olan insanlar üçün də təhlükəsiz olduğu sübut edilib.