📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Piyada keçidində qəza ölümlə nəticələndi

2026-04-21 11:32:34

Piyada keçidində qəza ölümlə nəticələndi

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com “Qafqazinfo”ya istinadla bildirir ki, Pirallahı-Qala yolunun Dübəndi bağ massivindən keçən hissəsində “Mersedes” markalı avtomobil piyada keçidindən yolu keçən 1968-ci il təvəllüdlü Salmanov Alətdin Əbdül oğlunu vurub. Nəticədə, o, hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.