PKK-çılar öz seyflərindən 20 milyon dollarını soyub qaçıblar
2024-10-09 13:11:41
PKK-nın 70 üzvü Suriyanın şimalındakı Məncib şəhərində içərisində 20 milyon dollar olan seyfləri qarət edərək yoxa çıxıb. Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazır.
Qeyd olunur ki, bununla bağlı komandirlərdən biri “Mazlum Kobani” kod adı ilə Ferhat Abdi Şahin fövqəladə toplantı keçirib, təşkilat fövqəladə vəziyyət elan edib. PKK-nın xarici strukturlarına “qaçan terrorçular haqqında” da məlumat daxil olub.
Qəzet bu hadisənin təşkilat daxilində güclü parçalanmaya səbəb olduğunu vurğulayır.
Ülviyyə, Hurriyyet.az