PKK da Kılıçdaroğlunu dəstəklədiyinə peşman olub – “Başqa namizəd olsaydı...”
2023-06-05 17:26:00
Terror qruplaşması PKK-nın sözdə rəhbərlərindən olan Murat Karayılan mayın 28-də Türkiyədə keçirilən Prezident seçkilərində məğlub olan Kamal Kılıçdaroğlunu tənqid edib.
Hurriyyet.az xəbər verir ki, Karayılan CHP-dən başqa bir şəxsin namizəd olacağı təqdirdə qazana biləcəyini iddia edib.
“CHP-dən fərqli namizəd olsaydı, onun qalib gəlməsi mümkün olardı. Namizədi müəyyən etmə və dəqiqləşdirmə sarıdan çatışmazlıqlar var idi”- deyə, terrorçu Karayılan bildirib.
AzPolitika.info