📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

PKK-dan HDP-yə təlimat məktubu

2021-10-26 15:56:00

PKK-dan HDP-yə təlimat məktubu

Hurriyyet.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, PKK/YPG terror təşkilatının Qəndil şəhərində yuva salmış rəhbərlərindən Türkiyədə fəaliyyət göstərən PKK tərəfdarı HDP partiyasına göndərilən təlimat məktubunda 600 nəfər HDP üzvünə siyasətlə məşğul olmalarının qadağan edilməsinə qarşı tədbir kimi, təşkilatlardan yeni siyasətçi siyahısı yaradıb təlim verilməsini, sonra da onların təşkilatlanmasını tələb edilib. Məktub Qəndil şəhərindən HDP-nin Diyarbəkir rayon şöbəsinə göndərilib.

Məktubda HDP-nin Yaxın Şərq ölkələrində də fəaliyyət göstərməli olduğu irəli sürülüb: “Yaxın Şərqin müəyyən bir-iki ərəb ölkəsində - Livan, Misir, İraq kimi ölkələrdə HDP nümayəndəliklərinin açılmasının faydalı ola biləcəyini düşünürük”. Yaxın Şərq ölkələrində açılması planlaşdırılan nümayəndəliklərdə Türkiyə əleyhinə təbliğat aparılmasının lazım olduğu da məktubda açıq qeyd olunub.

 

Hürr Tərcüman