PKK ilə ərəb tayfaları arasında toqquşma
2023-11-27 18:47:32
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Suriyada PKK/YPG terror təşkilatının təzyiqi altındakı ərəb tayfaları ilə ABŞ-ın dəstəklədiyi terror təşkilatı arasında bir çox məntəqələrdə silahlı toqquşmalar baş verib.
Bu cür toqquşmalar 2023-cü ilin avqustundan bəri davam edir. Ötən gecə 12 nöqtədə şiddətli toqquşmalar baş verib.
Hürr Tərcüman