📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

PKK: “Namizədimiz Kılıçdaroğludur” - VİDEO

2023-03-28 16:05:00

PKK: “Namizədimiz Kılıçdaroğludur” - VİDEO

Öcalanın davamçısı videomüraciətdə “atəşkəs” elan etdi

Hurriyyet.az “Takvim” nəşrinə istinadla xəbər verir ki, PKK terror təşkilatı da CHP ilə HDP-nin daxil olduğu 6-lı koalisiyanın 7-ci ortağına çevrilməkdədir. PKK-nın həmsədrlərindən biri olan Bese Hozat Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini dəstəklədyini və seçkilərə görə terror fəaliyyətinə fasilə verəcəklərini bildirib. Hozat öz videomüraciətində deyib: “Biz HDP-nin millət ittifaqını dəstəkləmək mövqeyini dəyərli, mühüm və mənalı hesab edirik. Bu mövqe seçkilərin nəticələrinə birbaşa təsir edəcəkdir. Seçkilər bitənə qədər hərbi (terror) fəaliyyətimizi dayandırmağı qərara aldıq”.

Hürr Tərcüman