📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"PKK-nın bütün qolları ləğv olunmalıdır..." - Ömer Çelik

2026-01-26 20:43:57

Terrorsuz Türkiyə və bölgənin təhlükəsizliyi üçün PKK-nın bütün qolları ləğv olunmalı, Suriya, İraq, İran və Avropadakı qeyri-qanuni strukturlar silahı yerə qoymalıdırlar.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik deyib.

"Şərtlər nə olursa olsun, biz suriyalı kürdlərin, türkmənlərin və ərəblərin yanındayıq" , - o deyib və ilk mərhələdə Suriyanın Ayn əl-Ərəb bölgəsinə 11 yardım maşınının göndərildiyini xatırladıb.

"Suriyadakı humanitar dəhlizlər vasitəsilə yardımlar fasiləsiz davam etdiriləcək", - Ö.Çelik bildirib.