PKK-nın Finlandiya şaxəsinin başçısı saxlanıldı
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı ilə İstanbul Polis Departamentinin əməkdaşlarının birgə əməliyyatı nəticəsində PKK-nın Finlandiyadakı şaxəsinin başçısı olan terrorçu - kod adı "Naze Ad" olan İran vətəndaşı Mehnaz Öməri İstanbulda yaxalanıb.
Təhlükəsizlik güclərindəki mənbələrdən verilən məlumata görə, “Naze Ad” kod adlı terrorçunun Finlandiyada yaraqlılarla terror təşkilatının liderlərini əlaqələndirdiyi, PKK sıralarına terrorçu cəlb edilməsində, terror üçün maliyyə təminatının təşkilində fəal iştirak etdiyi aşkar edilib.
Bundan başqa, Öməri Finlandiyada terror təşkilatının aksiyalarının və tədbirlərinin təşkili ilə məşğul olub. Onun saxlanılması nəticəsində ilə təşkilatın Finlandiya strukturu haqqında çoxlu məlumatlar əldə edildiyi bildirilir.
Hürr Tərcüman