📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

PKK-nın iki təhlükəli terrorçusu İstanbulda yaxalandı

2024-07-18 12:36:52

PKK-nın iki təhlükəli terrorçusu İstanbulda yaxalandı

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyənin xüsusi xidmət orqanları İstanbul şəhərində PKK terror təşkilatının iki təhlükəli üzvünü saxlayıblar. 
"Halil" ləqəbli Sadık Topaloğlu ilə Mehmet Savaş şəhərdə PKK üçün informasiya toplamaqla məşğul olurmuşlar.
Onlar Türkiyənin Milli Kəşfiyyat Təşkilatı ilə İstanbul Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə antiterror əməliyyatı nəticəsində ələ keçiriliblər.
Topaloğlu İraqın Qəndil şəhərindəki terror yuvasında təlimatlandırılıb. O, Savaş ilə birlikdə Suriyadakı PKK terrorçularına məlumatlar ötürürmüş.
Hürr Tərcüman