📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

PKK-nın qərarını saymadılar: Silahları yerə qoymayacağıq!

2025-05-24 10:27:28

PKK-nın qərarını saymadılar: Silahları yerə qoymayacağıq!

PKK-nın İran qolu sayılan PJAK təşkilatın özünüləğv qərarına baxmayaraq, silahlarını yerə qoymayacaqlarını açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə PJAK-ın “sədr müavini” Əmir Kərimi məlumat yayıb.

“PKK lideri Abdullah Öcalanın çağırışını, ümumiyyətlə, Yaxın Şərqdə kürd probleminin həlli üçün mühüm və müsbət addım olaraq görürük. Biz Tehrana qarşı silahlı mübarizəmizi davam etdirəcəyik. PJAK olaraq nə silahlarımızı yerə qoyacağıq, nə də özümüzü ləğv edəcəyik. PKK-nın özünüləğv qərarı onların öz işidir, bizimlə əlaqəsi yoxdur. PJAK-ın bu mövzu ilə bağlı qərarı fərqlidir”, - Ə.Kərimi bildirib.

Axar.az